Bir neçə gün öncə Gəncə şəhərində avtomobillə vurulan piyada Elcan Əliyev bu gün müalicə aldığı özəl tibb müəssisəində dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərhum "Opel" markalı avtomobillə vurulub.
O, Azərbaycan Texnologiya Universitetinin logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasının ll kurs tələbəsi idi.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu