Ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib.
Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bu barədə Bizim.Media-ya məlumat verib.
MÖVZUN İLƏ BAĞLI:
DYP-dən sürücülərə daha bir ÇAĞIRIŞ - FOTO
"Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlər görməyə davam edəcək.
Sürücülərə və piyadalara bir daha diqqətli olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edirik.
Unutmayaq ki, yol hərəkətinin təhlükəsizliyi hər birimizin məsuliyyətidir!", - deyə verilən məlumatda əlavə olunub.
Qeyd edək ki, qeyri-sabit və qarlı hava fevralın 19-dan etibarən davam edir.
Nəzrin Mirzəyeva, Bizim.Media