Sabah Novruzun ilk müjdəçisidir - Su çərşənbəsində bunu edənlər xəstəlikdən UZAQ olurlar

Sabah Novruzun ilk müjdəçisidir - Su çərşənbəsində bunu edənlər xəstəlikdən UZAQ olurlar

Hazırda oxunan: Sabah Novruzun ilk müjdəçisidir - Su çərşənbəsində bunu edənlər xəstəlikdən UZAQ olurlar

236253

Boz ayın sərt soyuğu, sazağına rəğmən, sabah Novruz bayramının ilk müjdəçisi - Su çərşənbəsidir.

Bizim.Media xəbər verir ki, yazın və bahar bayramının başladığının xəbərçisi olan bu çərşənbənin adının su ilə bağlı olmasının xüsusi anlamı var.
 

MÖVZU İLƏ BAĞLI:

Maraqlı FOLKLORUMUZ  - Novruz adətlərindən hansılar sıradan ÇIXIB?


İnanclara görə, su həyatın başlanğıcı, oyanışın, yenilənmənin, paklığın rəmzidir. Bu səbəbdən də su müqəddəs, mübarək və tapınma yeridir.

İnsanlar məhz bu çərşənbədə su mənbələrini təzələyib, hövzələrdə abadlıq işləri aparıb, suyla bağlı ayinlər keçiriblər. Sabah ertə gün doğmamış su üstünə gedib, əl-üzünü yuyub bir-birinin üstünə su çiləyirmişlər. 

Arxların üstündən atlanıb, xəstələrin bədəninə təmiz su çəkərmişlər. İnanca görə, bu çərşənbədə “təzə su”dan içib, üstündən atılanlar il boyu azar - bezardan, xəstəlikdən uzaq olarlar.

Bu inanclar, ənənələr bu günə qədər də saxlanılır. İndi də bütün çərşənbələrdə olduğu kimi, Su çərşənbəsində də həyətlərdə tonqal qalanır. Süfrəyə su qoyulur. 

Xatırladaq ki, Su çərşənbəsinin ardınca Od, Yel və Torpaq çərşənbələri gəlir. 

Bu il gecə ilə gündüzün birləşməsi, yəni Azərbaycana yaz fəslinin gəlişi martın 20-si saat 13:01:25-də baş tutacaq.

Onu da qeyd edək ki, bu il Novruz və Ramazana bayramları eyni vaxta təsadüf edir. Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Yəni 27-28 mart da istirahət günü hesab ediləcək. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Martın 30-u və 31-i Ramazan bayramı qeyd olunur. Bununla da martın 20-dən aprelin 1-dək Azərbaycanda qeyri-iş günü hesab olunacaq.

Rəna Cümaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO