"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu - VİDEO

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu - VİDEO

Hazırda oxunan: "Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu - VİDEO

236192

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, hadisə 23 fevral 2025-ci ildə, konsert başlamamışdan əvvəl baş verib. Zal dolu olduğu bir anda bir qadın ərini başqa bir qadınla tamaşaya gəlmiş halda görübmüş. Və bundan sonra artıq əsas tamaşa səhnədə yox, zalda baş verib.

Qəzəblənmiş qadın dərhal ərinə yaxınlaşaraq qışqıra-qışqıra sorğu-suala çəkib, daha sonra isə səbrini saxlaya bilməyib və mübahisə əlbəyaxa davaya çevrilib. Tamaşaçılar gözlənilməz səhnəni izləyərkən müdaxilə etməyə çalışan insanlar vəziyyəti sakitləşdirməyə çalışıblar.

Maraqlısı budur ki, bu qeyri-adi “şou”nun şahidi olan bəzi tamaşaçılar bunun konsertin bir hissəsi olduğunu düşünüb. Lakin məsələ ciddiləşəndə və real dava halı alanda, qadınlar saçyoldusuna çıxanda zalda uğultu, sonra isə alqışlar səslənib.

Bir çox istifadəçi isə bu hadisəni “Bu Şəhərdə”nin ən real və təsirli səhnəsi” adlandırıb.

Hadisədən sonra nələrin baş verdiyi və ərlə arvadın münasibətinin necə davam edəcəyi bilinmir. Lakin bir şey dəqiqdir – o axşam konsertdə “gülməli səhnələr” təkcə aktyorların ifasında baş verməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO