Yollarda təhlükəsizliyinin təmin edilməsi istiqamətində Baş DYP İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, əlverişsiz hava şəraitində yollarda hərəkət edən nəqliyyat vasitələrinin qış şəraitinə uyğunluğu Baş DYP İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılır.
Bu yoxlamalar, avtomobillərin qış şəraitində təhlükəsiz hərəkətini təmin etmək məqsədi daşıyır.
Texniki baxımdan təhlükəli hesab olunan avtomobillər hərəkətdən kənarlaşdırılır. Bu, yolda baş verə biləcək qəza risklərinin minimuma endirilməsinə xidmət edir.
Sürücülərdən xahiş edilir ki, avtomobillərinin qış tələblərinə uyğun hazırlandığına əmin olsunlar. Qış təkərlərinin, əyləc sisteminin, işıqlandırmanın və digər təhlükəsizlik avadanlıqlarının vəziyyətini mütəmadi olaraq nəzarətdə saxlasınlar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:44 / 23.02.2025
DİN-dən yollardakı vəziyyətlə bağlı AÇIQLAMA
Hazırda oxunan: DİN-dən yollardakı vəziyyətlə bağlı AÇIQLAMA
Hazırda oxunan: DİN-dən yollardakı vəziyyətlə bağlı AÇIQLAMA
236133
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.