Rəfail Mehralıyevin yeznəsini tenderlərdə qalib edən qurumun 1.8 milyon borcu var

Rəfail Mehralıyevin yeznəsini tenderlərdə qalib edən qurumun 1.8 milyon borcu var

Hazırda oxunan: Rəfail Mehralıyevin yeznəsini tenderlərdə qalib edən qurumun 1.8 milyon borcu var

236122

Yasamal Rayon İcra Hakimiyyəti başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfat Birliyi külli miqdarda borclanıb. Bu birlik növbəti dəfə maliyyə qalmaqalı yaşayır.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, Mənzil-Kommunal Təsərrüfat Birliyinin 1 milyon 800 min manat vergi borcu var.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfat Birliyi ilk dəfə deyil ki, bu cür maliyyə qalmaqalı ilə gündəm olur. MKTB-nin tender layihələri ilə bağlı çoxsaylı narazılıqlar da var.

Belə ki, MKTB-nin tenderlərinin əvvəlcədən razılaşdırılmış şəkildə eyni şəxslərə verilməsi ilə bağlı ciddi ittihamlar yer alır.

Ən əsas ittiham isə tenderlərin qalibinin Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi Eldar Şirinov olmasıdır.
 

Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfat Birliyi əhalinin mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, əsaslı tikinti və təmir sahəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, zibil daşınması, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir.


Mənzil-Kommunal Təsərrüfat Birlikləri (MKTB) müstəqil balansa, bank hesablarına və digər hesablara malik olub, qismən büdcədən maliyyələşdirilməklə, təsərrüfat hesabı əsasında fəaliyyət göstərirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO