Dünyanın ən çox siqaret çəkən 10 ölkəsinin adları açıqlanıb.
Bizim.Media xəbər verir ki, siyahıda 10-cu yerdə Livan dayanıb.
Livanda yetkin əhalinin təxminən 38 faizi siqaret çəkir.
9-cu yerdə İndoneziyadır. Burada əhalinin 39 faizindən çoxu siqaret çəkir. Kişilər arasında bu göstərici 70 faizi keçir.
8-ci yerdə Serbiyadır. Serbiyada siqaretdən istifadə gündəlik həyatın bir hissəsidir. Yetkin əhalinin təxminən 39,8 faizi siqaret istifadəçisidir.
7-ci yeri Yunanıstan tutur. Yunanıstan Avropanın ən çox siqaret çəkən ölkələrindən biridir. 40 faizə yaxın əhali davamlı olaraq tütün məmulatlarından istifadə edir.
6-cı yerdə Bolqarıstan dayanır. Burada bu göstəricinin səviyyəsi 40,5 faizə çatır.
5-ci yerdə Kiribatidir. Sakit okeanda yerləşən bu ada dövlətində 40,6 faiz əhali siqaret çəkir.
4-cü yerdə Rusiyadır. Burada siqaret çəkənlərin sayının azalmasına baxmayaraq son illər ərzində 41 faizə yaxın yetkin rusiyalı tütündən istifadəyə davam edir.
3-cü yerdə Myanma dayanır. Burada yetkin əhalinin 44 faizi siqaret çəkir.
2-ci yeri Nauru tutur. Bu ada dövlətində demək olar ki, yetkin əhalinin yarısı siqaretdən istifadə edir. Bu göstərici 48,5 faiz təşkil edir.
1-ci yerdə Tuvaludur. Reytinqin lideri olan Tuvaluda sözügedən əhalinin 50 faizi tütün istifadəçisidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:44 / 22.02.2025
Dünyanın ən çox siqaret çəkən 10 ölkəsi – VİDEO
Hazırda oxunan: Dünyanın ən çox siqaret çəkən 10 ölkəsi – VİDEO
Hazırda oxunan: Dünyanın ən çox siqaret çəkən 10 ölkəsi – VİDEO
235991
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.