Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına mobil telefonların keçirilməsinin qarşısı alınıb.
Bu barədə Bizim.Media-ya Penitensiar Xidmətdən məlumat verilib.
Bildirilib ki, həbs olunmuş şəxs Əbdüləli Yadigar oğlu Quliyevə nişanlısı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman qazanın içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd işlək vəziyyətdə olan "Samsung" markalı mobil telefon aparatı, 2 ədəd elektrik qidalandırıcısı və 2 ədəd qulaqcıq aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:45 / 21.02.2025
Təcridxanaya nişanlısına apardığı aşın içindən TELEFON ÇIXDI - VİDEO
Hazırda oxunan: Təcridxanaya nişanlısına apardığı aşın içindən TELEFON ÇIXDI - VİDEO
Hazırda oxunan: Təcridxanaya nişanlısına apardığı aşın içindən TELEFON ÇIXDI - VİDEO
235894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.