İncəsənət xadimlərinə qonorarlarla bağlı ŞAD XƏBƏR

İncəsənət xadimlərinə qonorarlarla bağlı ŞAD XƏBƏR

Hazırda oxunan: İncəsənət xadimlərinə qonorarlarla bağlı ŞAD XƏBƏR

235845

Azərbaycanda ədəbiyyat və incəsənət əsərlərinin sifariş əsasında yaradılmasına, onların ilk kütləvi ifa və ya nümayiş hüququnun alınmasına görə müəllif qonorarının minimum miqdarı 2006-cı ildə təsdiqlənib.

19 il öncə təsdiqlənən qərarda, həmçinin, yubiley, dövlət tədbirləri və xüsusi təyinatlı konsert proqramları üçün yaradıcı heyət və ifaçılara ödənilən haqqın minimum miqdarı da müəyyənləşib.

Nümunə üçün qeyd edək ki, 19 il öncə Kukla teatrı üçün nəzmlə yazılan bir pyesə görə verilən qonorarın minimum miqdarı 3 min manat idi, indi də bu qiymət dəyişməyib. Həmçinin, çoxpərdəli operanın müəllif qonorarının minimum miqdarı 20 min, baletin isə 15 mindir.
 

MÖVZU İLƏ BAĞLI:

Rasim Balayev cizgi filmlərini ərsəyə gətirəcək kadr AXTARIR


Bildiyimiz kimi, keçən illərdə müxtəlif sahələrin inkişafı üçün müəyyən miqdarda vəsait ayrılıb. Lakin yuxarıda sadalanan yaradıcı sahədə dəyişiklik yoxdur.

Mövzu barədə fikirlərini Bizim.Media ilə bölüşən Milli Məclisin mədəniyyət komitəsinin üzvü, deputat Elnarə Akimova bu məsələlərlə bağlı müxtəlif çıxışlar etdiyini deyib:

“Dekabr ayında büdcə müzakirələri zamanı Milli Məclisdə bu məsələrlə bağlı çıxış etmişdim. Müəyyən təşəbbüs və təklif irəli sürmüşdüm ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə yazılan kitablar, yaxud ədəbi orqanlarda, qəzet və jurnallarda çap olunan yazılara görə qonorarlardan tutulan əlavə dəyər vergisi (ƏDV) azaldılsın, müəyyən qədər güzəştlər tətbiq edilsin”.

Milli Məclisin üzvü əsərlərə görə müəllif qonorarının minimum miqdarı məsələsinin də yaxın zamanda öz həllini tapacağını bildirib:

“Mənə elə gəlir ki, bu yöndə müəyyən islahatlar həyata keçirilər. Belə məsələlərdə gərək yaradıcı təşkilatlar özləri də maraqlı olsunlar və konkret təkliflərlə çıxış etsinlər. Hər halda ümid edirik ki, yaxın vaxtlarda bu yöndə sevindirici xəbər eşidərik”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO