Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarında BUZLAŞMA VAR

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarında BUZLAŞMA VAR

Hazırda oxunan: Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarında BUZLAŞMA VAR

235784

Ölkə ərazisində güclü küləklə müşahidə olunan qarlı hava yol hərəkətində bir sıra çətinliklər yaradıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, hazırda Bakı-Şamaxı-Yevlax, eləcə də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarında buzlaşma müşahidə edilir.

Bununla yanaşı, çoxsaylı xəbərdarlıqlara əhəmiyyət verməyərək mövsümə uyğun təchiz edilməyən, nasaz, texniki-təhlükəsizlik baxımından köhnə avtomobillərin hazırkı kritik hava şəraitində istismar olunması, habelə qarlı, buzlu yolda sürücülük təcrübəsi olmayan şəxslərin sükan arxasına əyləşməsi əlavə gərginliyə, qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir.

Baş Dövlət Yol Polisi İdarəsi yol-patrul xidmətinin gücləndirilmiş iş rejimində çalışdığını qeyd etməklə yanaşı, bir daha yol hərəkəti iştirakçılarına müraciət edərək onları təhlükəsizliklə bağlı verilən tövsiyələrə biganə yanaşmamağa, zərurət olmadıqca şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO