Sığorta ödənişindən narazı qalanların NƏZƏRİNƏ: Problem belə həll olunacaq

Sığorta ödənişindən narazı qalanların NƏZƏRİNƏ: Problem belə həll olunacaq

Hazırda oxunan: Sığorta ödənişindən narazı qalanların NƏZƏRİNƏ: Problem belə həll olunacaq

235663

Yaxın zamanlarda Azərbaycanda sığorta hadisəsi baş verən zaman müstəqil ekspertləri İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemi üzərindən təyin etmək mümkün olacaq.
 

İSB-dən verilən məlumatda deyilir ki, yol-nəqliyyat hadisəsi baş verdikdə qiymətləndirmə aparılır və bu, 7 iş günündə həyata keçirilməlidir. Əgər zərərçəkmiş qiymətləndirmədən narazı qalarsa, müstəqil ekspert təyin edilir. Bu məsələni artıq İSB-nin informasiya sistemi üzərindən həll etmək mümkün olacaq. Bu da zərərçəkmişə bütün prosesi izləmək imkanı verəcək.


Təbii ki, bu addım sığorta edənlərin qayğılarını xeyli azaldacaq. Çünki bir çox hallarda zərərçəkən sığorta ödənişi edən qurumun apardığı qiymətləndirmə ilə razılaşmır. Belə halda sığorta edən müvafiq qurumlara şikayət edir. Bu şikayətin baxılıb icra olunması isə bəzən aylarla uzanır. Amma İSB-nin yeni layihəsi bu məsələdə operativliyi təmin edəcək və hər iki tərəfə ən optimal variantı təklif edəcək.

Bəs, bu proses nə zaman başlayacaq?

Məsələ ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasına müraciət etdik. Assosiasiyadan

Bizim.Media-ya bildirilib ki, hal-hazırda bu sistemin üzərində iş gedir:

“Yaxın zamanlarda aparılan işlər yekunlaşacaq və bununla bağlı ictimaiyyətə daha ətraflı məlumat veriləcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO