Araşdırmalar nəticəsində qızartmaq üçün ən ideal yağın hansı olduğu ortaya çıxıb.
Bizim.Media medicina.az-a istinadən xəbər verir ki, xörəklərin dadında önəmli olan yağ seçimi qızartmada da çox önəmlidir.
İnsanların çoxu mətbəxlərində günəbaxan yağı və zeytun yağından tez-tez istifadə etsə də, bazarda çoxlu bitki yağları da var.
Araşdırma nəticəsində 6 məşhur aşpaz qızartmalarda üstünlük verilməsi lazım olan yağla bağlı ortaq nöqtəyə gəlib. Aşpazlar qızartmalarda ən uyğun yağ kimi avokado yağını göstəriblər.
Avokado yağının ideal temperatura xarab olmadan dözə bilməsi, dadı və teksturası həm sağlamlıq, həm də praktiklik baxımından ən uyğun yağ seçilib.
Aşpaz Sezar Zapata, avokado yağının qızartmalar üçün əla seçim olduğunu ifadə edib:
"Bu yağ yanmadan qızardır. Avokado yağı, qızartmaq üçün ideal temperatur olan 260°C-270°C arasında sabit qala bilir”.
O, qızartmalarda günəbaxan yağı yerinə avokado yağından istifadə etməyi təklif edib.
Bizim.Media