Hər gün müəyyən saatlarda metronun “Neftçilər” və “Memar Əcəmi” stansiyalarında “minik yoxdur” anonsu ilə sərnişinlər qatardan düşürülür. Əlbəttə, bu da səhər işə, dərsə tələsən sərnişinlərdə narazılıq yaradır.
Bizim.Media məsələnin səbəblərini öyrənmək üçün “Bakı Metropoliteni” QSC-yə müraciət edib.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirib ki, hazırda “Bakı Metropoliteni”ndə qatarların hərəkət intervalı payız-qış qrafikinin tələblərinə uyğun təmin edilir.
Verilən açıqlamada bəhs edilən məsələnin izahı belə verilib:
“Yaşıl və Qırmızı xətlər üzrə sərnişin sıxlığının tənzimlənməsi məqsədilə dönmə kamerası olan "Memar Əcəmi" və “Neftçilər” stansiyalarından qatarlar geri qaytarılır. Bununla hər iki xətti üzrə "20 Yanvar" və "Koroğlu" əsas olmaqla, sərnişin sıxlığı müşahidə edilən stansiyalarda qismən tənzimləmə təmin edilir.
Onu da əlavə edək ki, bu zaman bir istiqamətdə "Nəsimi-Dərnəgül" sahəsi, digərində "Xalqlar dostluğu-Əhmədli" yol mənzilində interval iki dəfə artır. Lakin bu istiqamətlərdə də sərnişin axını nəzarətdə saxlanılır və zəruri tədbirlər görülür”.
Sonda hazırda mümkün digər tədbirlərin və imkanların da araşdırıldığı da qeyd olunub.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:00 / 19.02.2025
“Neftçilər” və “Memar Əcəmi” stansiyasında sərnişinlər niyə qatardan DÜŞÜRÜLÜR?
Hazırda oxunan: “Neftçilər” və “Memar Əcəmi” stansiyasında sərnişinlər niyə qatardan DÜŞÜRÜLÜR?
Hazırda oxunan: “Neftçilər” və “Memar Əcəmi” stansiyasında sərnişinlər niyə qatardan DÜŞÜRÜLÜR?
235511
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.