Bakıda qar niyə bəzi yerlərə yağdı, bəzi yerlərə yox? – AÇIQLAMA

Bakıda qar niyə bəzi yerlərə yağdı, bəzi yerlərə yox? – AÇIQLAMA

Hazırda oxunan: Bakıda qar niyə bəzi yerlərə yağdı, bəzi yerlərə yox? – AÇIQLAMA

235508

Bakıda qış aylarında bəzən maraqlı hava hadisəsi müşahidə olunur.

Bizim.Media xəbər verir ki, Bakı və Abşeron yarımadasının bir hissəsində güclü yağış və qar müşahidə edildiyi halda, digər ərazilərində tamamilə fərqli – yağmursuz və sakit hava qeydə alınır.

Eyni zamanda bəzi yerlərdə yollar buz bağlayır, amma bir neçə kilometr aralıda havanın nisbətən mülayim olması diqqət çəkir.

Bəs bunun səbəbi nədir və necə olur ki, bir hissəyə qar yağır, digər hissədə yağıntı olmur?

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova “Baku.ws”in sorğusuna cavab olaraq bildirib ki, bəzən Abşeron yarımadasının bir hissəsində yağıntılı və qarlı hava şəraiti müşahidə edildiyi halda, digər ərazilərində buludlu, əsasən yağmursuz hava şəraiti qeydə alınır. Yağıntının paylanması və intensivliyi bulud sistemlərinin növündən və xüsusiyyətlərindən asılıdır:

"Yağıntılar ilin soyuq dövründə adətən laylı-yağış buludlarından düşür və bu buludların üfüqi ölçüsü büyük olduğu üçün daha geniş ərazini əhatə edir. Sinoptik şəraitdən asılı olaraq bulud təbəqəsi yarımada üzərində qeyri-bərabər paylanır ki, Xəzər dənizinin təsiri bu qeyri-bərabər paylanmada böyükdür.

Buxarlanma və rütubət amilindən asılı olaraq əsasən sahilyanı və nisbətən yüksək ərazilərdə bulud əmələgəlmə daha intensiv baş verir. Həmçinin Abşeron yarımadasının zəngin mikroiqlim xüsusiyyətlərinində bu amilə təsiri böyükdür. Əraziyə daxil olan hava kütlələri səth örtüyünün, şəhər mikroqiliminin təsiri ilə öz xüsusiyyətlərini müəyyən qədər dəyişə bilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO