Ali Məhkəmədə qeyri-rəsmi münasibətdə olduğu qadını hotelin binasından ataraq öldürməkdə cəhdə təqsirləndirilən Şükür Qəmbərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd: 1995-ci il təvəllüdlü Ş.Qəmbərovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. İttihama görə, Ş.Qəmbərov 2022-ci ilin aprelin əvvəlində Ağcabədidəki kafelərdən birində ofisiant işləyən T.İ (ad şərti) adlı qadınla tanış olub və qeyri-rəsmi münasibətə başlayıb. Şükür onunla ailə quracağı vədini verib. Münasibətləri dövründə Şükür qadına və onun uşağına qarşı zorakılıq edib. Buna baxmayaraq, münasibətləri davam edib. 2023-cü ilin 16 fevralında Ş.Qəmbərov darıxdığı və görüşmək istədiyi üçün qadını Bakıda yerləşən hotellərdən birinə dəvət edib. Qadın iki uşağı ilə həmin ünvana gəlib. Otağa daxil olduqdan təxminən yarım saat sonra aralarında mübahisə yaranıb. Davam edən münaqişədən sonra Şükür onu ayaqlarından tutaraq altıncı mərtəbənin pəncərəsindən üçüncü mərtəbənin damına atıb. Ağır bədən xəsarətləri alan T.İ xəstəxanaya yerləşdirilib və həyatı xilas olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Qəmbərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:37 / 19.02.2025
Hoteldə sevgilisini pəncərədən atan şəxslə bağlı QƏRAR
Hazırda oxunan: Hoteldə sevgilisini pəncərədən atan şəxslə bağlı QƏRAR
Hazırda oxunan: Hoteldə sevgilisini pəncərədən atan şəxslə bağlı QƏRAR
235439
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.