“Qərbi Azərbaycanın əbədi sakinləriyik” – FOTO/REPORTAJ

“Qərbi Azərbaycanın əbədi sakinləriyik” – FOTO/REPORTAJ

Hazırda oxunan: “Qərbi Azərbaycanın əbədi sakinləriyik” – FOTO/REPORTAJ

235331

Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkilinin, Dövlət İdarəçilik Akademiyasının və Beynəlxalq Osmanlı Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə "Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri" mövzusunda beynəlxalq konfransı keçirilib.

Tədbiri açılış nitqi ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov milli mənsubiyyət hüququ ilə bağlı fikirlərini bölüşüb.

Daha sonra Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva qeyd edib ki, milli qanunvericilikdə və beynəlxalq sənədlərdə milli mənsubiyyətə görə ayrı-seçkilik qadağan olunsa da, təəssüf ki, dünyada insanların milli və etnik mənsubiyyətinə görə təqib olunması, ayrı-seçkiliyə, soyqırımı kimi dəhşətli cinayətlərə məruz qalması hallarına rast gəlinir:

"Ölkəmiz bu siyasətin nəticələrindən ən çox zərər çəkmiş ölkələrindəndir.

XX əsrin əvvəllərində soyqırımına məruz qalmış xalqımız, həmin əsrin sonlarından etibarən yenidən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü ilə özünü göstərən nifrət siyasətinin qurbanına çevrilib. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlının etnik təmizləməyə məruz qalması, onların izlərinin əsrlərlə yaşadıqları ərazilərdən silinməsi məqsədilə tarixi-mədəni abidələrinin dağıdılması, özgəninkiləşdirilməsi məhz milli mənsubiyyətinin inkar olunmasının, Azərbaycanofobiya və etnik nifrət siyasətinin göstəricisi idi",- deyə o vurğulayıb.

Tədbir Türk dünyasının böyük alimi, professor İlbər Ortaylının çıxışı ilə davam edib. O, Türk dünyası və bütövlükdə türk dünyasinin ortaq tarixi baredə danışıb. Professor modern dünyada türk dünyasının inkişafının önəmindən bəhs edib.

"Öncəliklə bu tədbirə qatılmağımdan dolayı məmnunluğumu ifadə etmək istəyirəm. Azərbaycan türk dünyasında əhəmiyyətli mövqeyə sahibdir. Bir arada olmazsaq, bir yerdə yaşaya bilmərik.

Ümumilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı türk ölkələrini birləşdirən əsas amillərdəndir. Bizim dilimiz bir, mədəniyyətimiz bir, xarici siyasətimiz bir və təəssüf ki, düşmənlərimiz də ortaqdır", - o, deyib.

Onun sözlərinə görə, Azərbaycan tarix boyu çətin coğrafi şərtlər altında öz milli kimliyini qoruyub saxlamağa nail olub:

"Azərbaycanlılar təkcə dövlət baxımından deyil, mədəni tədbirlər və təhsil yönündə də irəlidədirlər. Çox gözəl türkcə danışırlar".

O qeyd edib ki, Bakı Türk dünyasının inntellektual mərkəzi olacaq.

"Bir çox təhsil ocaqlarını da bu şəhərə yönləndirmək lazımdır", - deyə professor vurğulayıb.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova isə Qərbi azərbaycanlıların deportasiyasına diqqət çəkib.

"İrəvandan köçürülən 40 min əhalinin köçürülməsində məqsəd müharibədə məğlub olmuş İranın öz xəzinəsi hesabına erməniləri yerləşdirmək və gələcəkdə oranı paytaxt etmək idi. Bu," Ermənilərin mədəni terror" kitabında qeyd edilib. Bu faktlar sübut edir ki, bu yerlər türk torpaqları olub. 200 ildir ki, bu problemlə üz-üzəyik, bu, vəhşilikdir. 119 kəndin adı dəyişib, yandırılıb, əhali məhv edilib. Bu, bütöv Qərbi Azərbaycanda baş verən saxtakar siyasət idi.

Qərbi Azərbaycandakı toponimlər, etnik azərbaycanlılar böyük bir məkrli siyasətin qurbanı oldular. Ermənistan sülh və ədalət üçün manə olur. Biz o torpaqların əzəli, əbədi sakinləriyik və ora bir gün mütləq qayıdacağıq".



































Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO