Saxta əyarla qızıl satanlara XƏBƏRDARLIQ – 3 ay VAXT VERİLDİ

Saxta əyarla qızıl satanlara XƏBƏRDARLIQ – 3 ay VAXT VERİLDİ

Hazırda oxunan: Saxta əyarla qızıl satanlara XƏBƏRDARLIQ – 3 ay VAXT VERİLDİ

235302

Bundan sonra qızıl və qiymətli daşlar bazarına yeni yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzarət edəcək.

Artıq Prezident İlham Əliyevin imzaladığı Fərman ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Əsasnaməsi də təsdiq edilib.

Əsasnamədə qeyd edilib ki, Agentlik - rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət siyasətini və tənzimləməsini, habelə ölkədə dövlət əyar nəzarətini və qiymətli metalların, qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, eləcə də emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Fərmana əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin əmlakının Agentliyin balansına verilməsini üç ay müddətində təmin etməlidir.

Qiymətli daşlar bazarına nəzarət nəyi dəyişəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, 2019-cu ildə Maliyyə Nazirliyinin tabeçiliyində olan Əyar Palatasının ləğvindən sonra qızıl bazarında bir xaos vardı:

“Çünki bazara nəzarətin olmaması işbazları hərəkətə gətirmişdi. Bu mənada qızıl bazarına nəzarətin yeni yaradılmış Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verilməsi müsbət haldır. Bu Agentliyin nəzdində 4 qurum mövcuddur. Ona görə də Əyar Palatasına bənzər bir qurumun fəaliyyət göstərməsi hələlik məlum deyil.

Çox yaxşı olardı ki, qızıla nəzarət edəcək qurumun əsasnaməsi ictimai müzakirəyə çıxarılsın. Yaxşı olardı ki, Nazirlər Kabinetinin 114 saylı məlum qərarına yenidən baxılsın. Bildiyiniz kimi, bu qərara əsasən qızıl məmulatları dəyişdirilməyən və geri qaytarılmayan məhsullar sırasına daxil edilib. Bu da istehlakçı hüquqlarının məhdudlaşdırılmasına əsas yaradır.

Heç kimə sirr deyil ki, zərgərlər qızıl məmulatlarının üzərinə saxta əyarlar vururlar. Bunu sonradan bilən istehlakçı nə malı dəyşə, nə də pulunu geri ala bilir. Bu mənada Agentliyin üzərinə çox böyük vəzifələr düşür”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO