Bakıda DƏHŞƏTLİ QƏZA: Ana və övladlarını maşın vurdu – ANBAAN VİDEO

Bakıda DƏHŞƏTLİ QƏZA: Ana və övladlarını maşın vurdu – ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda DƏHŞƏTLİ QƏZA: Ana və övladlarını maşın vurdu – ANBAAN VİDEO

235289

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Bizim.Media həmin müraciəti təqdim edir:

"Sürücü diqqətsizliyi hər an faciəyə yol aça bilər!

Piyada keçidləri piyadalar üçün təhlükəsiz yol keçidini təmin etməli olsa da, bəzi sürücülərin məsuliyyətsizliyi səbəbindən bu yerlər bəzən faciə məkanına çevrilir.

Paytaxtın Mətbuat prospektində piyada zolağına daxil olan ana və iki övladının vurulması ilə nəticələnən hadisə bir daha onu deməyə əsas verir ki, hələ də yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşan sürücülər var.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək, onları nümayiş olunan real kadrlardan düzgün nəticə çıxarmağa, piyadalara qarşı son dərəcə diqətli olmağa çağırır.

Hər bir sürücü bilməlidir ki, sükan arxasında edilən bir səhv günahsız insanların həyatına son qoya bilər. Daha məsuliyyətli davranmaq, yol hərəkəti qaydalarına ciddi əməl etmək və piyadalara hörmət etmək hər bir sürücünün borcudur! Unutmayaq ki, qaydalara əməl etmək təkcə qanuni öhdəlik deyil, həm də insanlıq borcudur", - deyə müraciətdə qeyd edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO