İlyas İsmayılovun dəfn yeri AÇIQLANDI

İlyas İsmayılovun dəfn yeri AÇIQLANDI

Hazırda oxunan: İlyas İsmayılovun dəfn yeri AÇIQLANDI

235161

Xəbər veridiyimiz kimi, Ədalət Partiyasının sədri, keçmiş ədliyyə naziri İlyas İsmayılov  vəfat edib.

Partiyadan Bizim.Media-ya verilən məlumata görə, 87 yaşında dünyasını dəyişən İlyas İsmayılovun Nardaranda dəfn ediləcəyi gözlənilir.
 

MÖVZU İLƏ BAĞLI:

İlyas İsmayılov vəfat etdi


“Bu haqda son qərarı ailəsi verəcək”, - deyə partiyadan bildirilib.

Xatırladaq ki, İ.İsmayılovun səhhətində uzun müddətdir problemlər var idi. Partiya lideri insult keçirmiş, yanvarın 9-da xəstəxanaya yerləşdirilmişdi. O, yanvarın 21-də komaya düşmüşdü. Sabiq nazirin böyrəkləri də funksiyasını itirmişdi. 

Qeyd edək ki, İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İ.İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edirdi.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO