Sumqayıtda avtomobil avtobusa çırpıldı – 2 nəfər xəsarət alıb 

Sumqayıtda avtomobil avtobusa çırpıldı – 2 nəfər xəsarət alıb 

Hazırda oxunan: Sumqayıtda avtomobil avtobusa çırpıldı – 2 nəfər xəsarət alıb 

23516

Sumqayıtda iki nəfərin ağır xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, qəza şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, 90 CY 926 dövlət nömrə nişanlı “Renault Megane” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini 3 nömrəli marşrut xətti üzrə hərəkət edən 50 AE 970 dövlət nömrə nişanlı “İsuzu” markalı avtobusa çırpıb. 

Qəza nəticəsində taksi fəaliyyəti ilə məşğul olan minik avtomobilinin sürücüsü - 1991-ci il təvəllüdlü Abıyev Elçin Sehran oğlu və onun sərnişini, 1971-ci il təvəllüdlü İsmayılova Şəkər Səfərəli qızı ağır bədən xəsarətləri alıblar.

Hər iki şəxs Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO