Bir müddət öncə qardaşını itirən Xalq artisti Nisə Qasımova hələ ki, ekranlardan uzaqdır. Xalq artisti Moderator.az-a açıqlamasında qardaşının qırx mərasimindən sonra oxuyacağını bildirib:
“Mən indi də ictimai fəaliyyətimi davam etdirirəm. Bilirsiniz ki, mənim QHT təşkilatım var və bu yaxında gəncləri narkomaniyadan çəkindirməklə bağlı bir tədbir keçirdik. Yəni ictimai fəaliyyətimdən qalmıram. Biz insanıq, azərbaycanlıyıq və bu da strategiyaya daxil olan mövzulardan biridir. Efirlər, səs yazmaları hələ ki, qardaşımın qırxından sonra davam edəcək. Əlbəttə, qardaşımın qırx mərasimindən sonra oxuyacam. Bu Allahın işidir. Allah cəmi ölənlərə rəhmət eləsin. Evdə də deyirlər ki, ictimai fəaliyyətindən qalma, çünki sevənlərin sənə ehtiyacı var. Hamınıza çox təşəkkür edirəm”.
Vasif Əlihüseyn































































































