Kürdəmirdə avtomobil rabitə dirəyinə çırpıldı - VİDEO

Kürdəmirdə avtomobil rabitə dirəyinə çırpıldı - VİDEO

Hazırda oxunan: Kürdəmirdə avtomobil rabitə dirəyinə çırpıldı - VİDEO

235027

Kürdəmirdə idarəetmədən çıxan avtomobil rabitə dirəyinə çırpılıb.
 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtmobilin sürücüsü həmin yolda hərəkətdə olarkən qarşısına qəfildən sahibsiz it çıxıb. Bu zaman sürücü iti vurmamaq üçün maşını qaçırmağa çalışsa da avtomobil yol kənarındakı rabitə dirəyinə çırpılıb.
 

Qəza zamanı ciddi xəsarət alan olmasa da avtomobilə və rabitə dirəyinə ciddi ziyan dəyib. Hazırda faktla bağlı araşdırma aparılır.


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO