Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik maşınının sürücüsü 24 yaşlı İbrahimov Ülvi Güloğlan oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan sürücü və onun sərnişini 26 yaşlı İbrahimli Amil Əmir oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
09:53 / 16.02.2025
Kürdəmirdə avtomobil aşdı: 2 nəfər xəstəxanalıq oldu - FOTO
Hazırda oxunan: Kürdəmirdə avtomobil aşdı: 2 nəfər xəstəxanalıq oldu - FOTO
Hazırda oxunan: Kürdəmirdə avtomobil aşdı: 2 nəfər xəstəxanalıq oldu - FOTO
234972
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.