SON DƏQİQƏ: Martda 12 gün ardıcıl İŞ OLMAYACAQ – RƏSMİ/VİDEO

SON DƏQİQƏ: Martda 12 gün ardıcıl İŞ OLMAYACAQ – RƏSMİ/VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ: Martda 12 gün ardıcıl İŞ OLMAYACAQ – RƏSMİ/VİDEO

234868

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilir.

Qeyd edək ki, 20-24 mart Novruz bayramı olduğu üçün qeyri-iş günləri hesab olunur. 22-23 mart tarixləri şənbə bazara təsadüf etdiyindən 25-26 mart da qeyri-iş günü olacaq. Bundan əlavə, 30-31 mart Ramazan bayramı qeyd ediləcək. Beləcə 20-31 mart tarixləri Azərbaycanda qeyri-iş günləri olacaq. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO