Naxçıvanda əməliyyat: Saxlanılanlar arasında qadın da var – FOTO

Naxçıvanda əməliyyat: Saxlanılanlar arasında qadın da var – FOTO

Hazırda oxunan: Naxçıvanda əməliyyat: Saxlanılanlar arasında qadın da var – FOTO

234759

Polis əməkdaşları tərəfindən muxtar respublika ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Naxçıvan DİN-dən Bizim.Media-ya verilən məlumata görə, növbəti tədbirlər zamanı 58 yaşlı Kəmaləddin Səfərli, 60 yaşlı İslam Nəcəfov, 35 yaşlı Türkanə Tahirova və 38 yaşlı Elnur Babayev saxlanılaraq istintaqa cəlb ediliblər.
 

Onlardan külli miqdarda heroin, marixuana, psixotrop maddə metamfetamin və kultivasiya edilərək yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotiklərin qeyri-qanuni yollarla ölkə ərazisinə gətirərək satışını təşkil etməyi planlaşdırıblar.


Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO