Xaçmaz sakini meşədə gizlincə görün nə işlə məşğul olub - FOTO

Xaçmaz sakini meşədə gizlincə görün nə işlə məşğul olub - FOTO

Hazırda oxunan: Xaçmaz sakini meşədə gizlincə görün nə işlə məşğul olub - FOTO

23474

Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Yalama PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Turist qəsəbə sakini Rauf Əlimuradov saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı qəsəbə ərazisində yerləşən meşəlik əraziyə keçirilən baxış zamanı, oradan R.Əlimuradov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilmiş 142 ədəd çətənə kolu (kannabis) aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik tərkibli bitkiləri cari ilin aprel ayında əkdiyini və aqrotexniki qaydada qulluq edərək becərdiyini etiraf edib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO