İnsult keçirən Nazim xəstəxanadan evə buraxıldı

İnsult keçirən Nazim xəstəxanadan evə buraxıldı

Hazırda oxunan: İnsult keçirən Nazim xəstəxanadan evə buraxıldı

234675

Xəbər verdiyimiz kimi, müğənni Nazim Pişyari (Faytonçu) işemik insult keçirib.

Bizim.Media xəbər verir ki, axşam.az-a açıqlama verən müğənni səhhətinin yaxşı olduğunu, evə buraxıldığını deyib:

"İndi özümü çox yaxşı hiss edirəm. Hətta işlərimin də başına qayıtmışam. Yeni klipim var, təqdimat edəcəyəm. Normal həyatıma davam edirəm".

Xəstəliyindən danışan müğənni "Təzyiqim qalxıb, qəfildən yıxılmışam. Ondan əvvəl heç bir problemim yox idi. Bilmirəm nədir, xəstəxanada təzyiq problemi olan nə qədər insan yatır".

Nazim böyrəyindən əməliyyat olunması məsələsinə də toxunub:

"Bir neçə il əvvəl öd kisəmdən əməliyyat olunmuşdum. Problem yaranmışdı. Ondan sonra böyrəyimdə də problem yaranıb. Onu da əməliyyatla aradan qaldırmışdım".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO