Sumqayıtda qətl törədilib.
Bizim.Media “qafqazinfo.az” xəbər verir ki, şəhərin Yaşıl Dərə yaşayış massivində 1984-cü il təvəllüdlü Quliyeva Cəmalə İmran qızı boğularaq öldürülüb.
O, Sumqayıtdakı xəstəxanaların birində tibb bacısı işləyirmiş.
Hadisəni törətməkdə şübhəli bilinən C.Quliyevanın əri saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
09:54
Xəbər verdiyimiz kimi, Sumqayıtda ər arvadını boğaraq öldürüb. Hadisə şəhərin Yaşıl dərə yaşayış massivində qeydə alınıb. 1984-cü il təvəllüdlü Cəmalə Quliyeva 1975-ci il təvəllüdlü həyat yoldaşı Qorxmaz Quliyev tərəfindən boğularaq öldürülüb.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, Qorxmaz hadisəni törətdikdən sonra Sumqayıt Şəhər Polis İdarəsinə gedərək hadisənin törətdiyini etiraf edib.
Qətl hadisəsinin qısqanclıq zəminində baş verdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media