"Apple" da Trampın qərarına BOYUN ƏYDİ

"Apple" da Trampın qərarına BOYUN ƏYDİ

Hazırda oxunan: "Apple" da Trampın qərarına BOYUN ƏYDİ

234392

“Google”ın ardınca “Apple” şirkəti də öz xəritələrində “Meksika körfəzi”nin adını “Amerika körfəzi"nə dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, yenilənmiş xəritə əvvəl "AppleMaps"in Amerikadan olan istifadəçiləri üçün yararlı olacaq. Bir müddətdən sonra isə bütün dünya üzrə istifadəçilər yenilənmiş adı görə biləcəklər.

Qeyd edək ki, ötən gün "Google" şirkətinin öz xəritələrində rəsmi olaraq “Amerika körfəzi” coğrafi adından istifadə olunmasına başlanıldığını bəyan etmişdi. ABŞ-dən kənarda yaşayan istifadəçilər xəritələrdə həm yeni, həm də köhnə yazılışı görə biləcəklər.

Xatırladaq ki, ABŞ prezidenti yanvar ayının sonunda Meksika körfəzi adının Amerika körfəzinə dəyişdirilməsi ilə bağlı qərarını elan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO