Polis Beyləqanda əməliyyat keçirdi: 5 nəfər tutuldu – VİDEO

Polis Beyləqanda əməliyyat keçirdi: 5 nəfər tutuldu – VİDEO

Hazırda oxunan: Polis Beyləqanda əməliyyat keçirdi: 5 nəfər tutuldu – VİDEO

234353

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir nəticəsində, əvvəllər məhkum olunmuş Faiq Qasımov saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, ondan 8 kiloqram marixuana aşkarlanıb.

Bundan başqa, keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər - Şirzad Alışov, Şirxan Quliyev, Aqil Mirzəyev və Ceyhun Cəfərov saxlanılıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO