Bakıda yeni yerüstü piyada keçidində lift quraşdırıldı – VİDEO

Bakıda yeni yerüstü piyada keçidində lift quraşdırıldı – VİDEO

Hazırda oxunan: Bakıda yeni yerüstü piyada keçidində lift quraşdırıldı – VİDEO

234340

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü km-də yeni piyada keçidinin inşasını yekunlaşdırıb.

Bizim.Media xəbər verir ki, keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3,5 metr, pilləkənlərinin eni 3 metrdir.
 

Yol səviyyəsindən hündürlüyü 5,8 metr olan keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır.


İki giriş-çıxışdan ibarət olan keçiddə lift sistemləri quraşdırılıb, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı qurulub, təhlükəsizlik kameraları quraşdırılıb, keçidin ətrafında abadlaşdırılma işləri görülüb.

Yeni yerüstü piyada keçidi inşa edilən ərazidə piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO