Gəncədə piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Yeni Gəncə yaşayış massivində hərəkətdə olan "Opel" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən, 2000-ci il təvəllüdlü E. Əliyevi vurub.
Piyada xəstəxanaya yerləşdirilib. Ona ilikn tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirlir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu