Avokado ürək sağlamlığını qorumağa kömək edən güclü bir qidadır.
Bizim.Media “milli.az”a istinadən xəbər verir ki, gündə bir dəfə avokado istehlakı, infarktların qarşısını alaraq qan təzyiqini tarazlaşdırır və ürək xəstəlikləri riskini azaldır.
Avokadonun tərkibindəki kalium, Omeqa-3 və mono doymamış yağlar, xolesterol səviyyələrini tənzimləyərək infarkt və insult riskini azaldır. Eyni zamanda, avokado immunitet sistemini gücləndirir, yaddaşı yaxşılaşdırır və bağırsaq hərəkətlərini sürətləndirir. Avokadonun aşağı karbohidratlı, yüksək lifli quruluşu isə şəkərli diabetin qarşısını alır.
Avokadoyu müxtəlif şəkildə istehlak edə bilərsiniz: salatlarda, smuzilərdə və içkilərdə, guacamole (avokado pastası) kimi, səhər yeməyində yumurta ilə və hətta saç və dəri maskası kimi istifadə etmək mümkündür.
Bu faydalı meyvə sağlamlıq üçün çox əhəmiyyətlidir və gündəlik qidalanmaya daxil edilməsi tövsiyə olunur.
Bizim.Media
![İnfarktın qarşısını alan QİDA - Hər gün mütləq yeyin İnfarktın qarşısını alan QİDA - Hər gün mütləq yeyin](https://bizim.media/file/articles/2025/02/11/1739268842_5285536919855425522.jpg)
- A-
- A
- A+
Cəmiyyət
14:12 / 11.02.2025
İnfarktın qarşısını alan QİDA - Hər gün mütləq yeyin
Hazırda oxunan: İnfarktın qarşısını alan QİDA - Hər gün mütləq yeyin
Hazırda oxunan: İnfarktın qarşısını alan QİDA - Hər gün mütləq yeyin
234227
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.