Bu gün Çempionlar Liqasının 1/8 mərhələsinə vəsiqə uğrunda pley-off görüşlərinin ilk oyunları start götürəcək.
Bizim.Media xəbər verir ki, günün mərkəzi oyunu İngiltərədə baş tutacaq.
“Mançester Siti” yerli azarkeşləri önündə “Real”ı qəbul edəcək.
“Etihad” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 00:00-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 19-da oynanılacaq.
Bizim.Media