Arvadını üzqırxana görə döyən şəxsə HÖKM OXUNDU

Arvadını üzqırxana görə döyən şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Arvadını üzqırxana görə döyən şəxsə HÖKM OXUNDU

234033

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Samir Nağıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.

İttihama görə, 06 noyabr 2024-cü il saat 18 radələrində Abşeron rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Samir Nağıyev arvadı, zərərçəkmiş Ülkər Nağıyeva ilə ailə münaqişəsi zəminində mübahisə edib. Mübahisəyə səbəb isə kişinin tulladığı üzqırxanını qadının hələ də evin yataq otağındakı dolabda saxlaması səbəb olub. Bu zaman təqsirləndirilən şəxs arvadının üzərinə hücum edərək qəsdən yumruqla onun sifət, baş, sol göz nahiyələrinə zərbələr vuraraq xəsarət yetirib.

Hadisədən sonra Samir Nağıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO