Qırmızı ət YEMƏSƏK - Ölümlərin sayı 750 minə qədər azalacaq

Qırmızı ət YEMƏSƏK - Ölümlərin sayı 750 minə qədər azalacaq

Hazırda oxunan: Qırmızı ət YEMƏSƏK - Ölümlərin sayı 750 minə qədər azalacaq

233828

Qırmızı ət məhsullarının yalnız 8%-ni yağlı balıqlarla əvəz etmək yüz minlərlə ölümün qarşısını ala bilər.

Bizim.Media xəbər verir ki, bu barədə ispan alimlərin araşdırması “BMJ Global Health” jurnalında dərc olunub.
 

Aparılan təhqiqata görə, heyvan mənşəli qidaların yalnız 8 faizi sardina, skumbriya və hamsi kimi yağlı balıqlarla əvəz edilsə, yüz minlərlə ölümün qarşısını almaq olar.


Araşdırma 137 ölkəni əhatə edib. Məlumatda qeyd edilib ki, əgər bu əvəzlənmə baş versə, 2050-ci ilə qədər aşağı və orta gəlirli ölkələrdə qırmızı ətlə bağlı qarşısı alına bilən xəstəliklərdən ölümlərin sayı 750 minə qədər azalacaq.

Tədqiqatçılar qeyd ediblər ki, bu növlər “yüksək qidalı, ekoloji cəhətdən təmiz, əlverişli və dənizdə ən bol olan növlərdir”. Onlar, həmçinin müəyyən ediblər ki, qlobal pəhrizdə qırmızı ətin yem balıqları ilə (bazar dəyəri aşağı, lakin sağlamlığa faydaları yüksəkdir) əvəz edilməsi ürək işemik xəstəliyi, insult, diabet və kolorektal xərçəng kimi pəhrizlə əlaqəli qeyri-infeksion xəstəliklərə müsbət təsir göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO