Bakı şəhəri, Qaradağ rayonunda “Xəzri” restoranında yanğın təhlükəsi aşkarlanıb və restoranın fəaliyyəti dayandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, obyektin mətbəxində sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunub:
"Bununla yanaşı ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır, fasad hissənin üzlənməsində istifadə olunmuş materialların yanma qrupunu müəyyən edən müvafiq sənədlər təqdim olunmayıb, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb".
Həmçinin obyekt yanğın su hovuzu və daxili yanğın su kranları ilə təmin olunmayıb:
"Obyekt odsöndürən balonlarla tam təmin edilməyib və təxliyə planı mövcud deyil. Restoranın daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb".
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:13 / 08.02.2025
Bakıda bu restoranın fəaliyyəti DAYANDIRILDI - VİDEO
Hazırda oxunan: Bakıda bu restoranın fəaliyyəti DAYANDIRILDI - VİDEO
Hazırda oxunan: Bakıda bu restoranın fəaliyyəti DAYANDIRILDI - VİDEO
233819
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.