Azərbaycanda vəkillərin sayı 3 dəfədən çox artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.
2024-cü ildə vəkilliyə qəbulla bağlı isə 2 yazılı test imtahanı keçirilib. Burada ümumilikdə 911 namizəd iştirak edib və 377 nəfər müvəffəqiyyət qazanıb. Eyni zamanda hesabat ili ərzində 148 nəfər şifahi müsahibədə iştirak edib. Bu namizədlərdən 58 nəfərin nəticələri elan olunub və 44 nəfər növbəti mərhələyə keçib, 107 nəfər isə vəkil andı içib. Yekunda vəkillərin sayı artaraq 2503-ə çatıb.
26.05.2024-cü il tarixdə keçirilən imtahanda müvəffəqiyyət qazanmış namizədlərlə isə hazırda şifahi müsahibə davam edir.
Hazırda ölkəmizdə fəaliyyət göstərən 2503 vəkildən 2003 nəfəri kişi, 500 nəfəri qadındır. Həmin şəxslərdən 2034 nəfəri Bakıda, 469 nəfəri isə regionlarda fəaliyyət göstərir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:45 / 08.02.2025
Kişi və qadın vəkillərimizin sayı nə qədərdir?
Hazırda oxunan: Kişi və qadın vəkillərimizin sayı nə qədərdir?
Hazırda oxunan: Kişi və qadın vəkillərimizin sayı nə qədərdir?
233814
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.