İnformatika fənni üzrə Respublika Fənn Olimpiadasının yarımfinal turunda iştirak edəcək şagirdlər üçün sınaq imtahanı keçiriləcək.
Bu barədə Bizim.Media-ya Təhsil İnstitutundan məlumat verilib.
İmtahan Beynəlxalq İnformatika Olimpiadasının (IOI) və İnformatika üzrə Respublika Fənn Olimpiadalarının qaydalarına əsasən keçirilir və iştirakçılara C++ və Python dillərindən istifadə etməklə həll üçün tapşırıqlar təklif olunacaq. Tapşırıqlar iştirakçıların alqoritmik təfəkkürünü, problem həlletmə bacarıqlarını və proqramlaşdırma qabiliyyətini yoxlayır.
Sınaq imtahanı ötən tədris ilinin yarımfinal turunun sualları əsasında təşkil olunacaq.
İmtahan 9 fevral tarixində saat 10:00-da keçiriləcək.
Bizim.Media
![Sabah sınaq imtahanı keçiriləcək Sabah sınaq imtahanı keçiriləcək](https://bizim.media/file/articles/2025/02/08/1738996773_1738995951_291672.jpg)
- A-
- A
- A+
Cəmiyyət
10:37 / 08.02.2025
Sabah sınaq imtahanı keçiriləcək
Hazırda oxunan: Sabah sınaq imtahanı keçiriləcək
Hazırda oxunan: Sabah sınaq imtahanı keçiriləcək
233809
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.