Qadının xoruldaması nə üçün təhlükəlidir?

Qadının xoruldaması nə üçün təhlükəlidir?

Hazırda oxunan: Qadının xoruldaması nə üçün təhlükəlidir?

233782

Kişilər kimi qadınlar da xoruldaya bilir və bu, müəyyən sağlıq problemlərindən xəbər verir.

Bizim.Media medicina.az-a istinadən xəbər verir ki, Münhen Universitetinin alimləri yuxuda xoruldamağa meylli olan həm kişilərin, həm də qadınların ürək və qan damarlarında problem yarana biləcəyini aşkar ediblər.

Eyni zamanda, mütəxəssislər ürək üçün ən ciddi təhlükənin məhz qadın xoruldaması olduğunu açıqlayıblar.

Xorultu qan dövranı sisteminin mühərriki kimi çıxış edən ürəyin sol mədəciyinin ölçüsünün böyüməsinə səbəb olur. Bunun nəticəsində miokard daha gərgin işləməyə başlayır.

Başqa sözlə, ürək daha tez qocalır, tükənir. Alimlərin araşdırması göstərib ki, xoruldayan qadınlarda ürək əzələsinin bu cür aşınması kişilərə nisbətən daha intensiv baş verir, yəni qadının ürəyi xoruldama səbəbindən zamanla daha tez sıradan çıxa bilir.

Alimlər 5000 insanın həyatını izlədikdən sonra xoruldamanın qadınlarda ürək sağlamlığı üçün ciddi təhlükə olduğunu təsdiqləyiblər: “Biz aşkar etdik ki, xoruldayan və ya yuxu apnesi olan qadınların ürək xəstəliyi riski daha yüksək ola bilər”.

Tədqiqat müəllifləri qeyd ediblər ki, xoruldama səbəbindən onlarda mədəcik disfunksiyası riski artır, ürək qanı tam pompalaya bilmir, ağciyərlərdə və digər orqanlarda durğunluq yaranır.

Odur ki, mütəmadi olaraq, xoruldayan insanlar kardioloqa müraciət etməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO