Xankəndi şəhəri və onun Kərkicahan qəsəbəsinin işğal olunması nəticəsində 2944 nəfər dinc sakin didərgin salınıb, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 4579 ədəd əmlak üzrə 636 milyon manatdan artıq maddi ziyan vurulub.
Bizim.Media xəbər verir ki, bunu bu barədə hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesində dövlət ittihamçısı Fuad Musayev bildirib.
O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərki kəndinin işğalı (hazırda Sədərək rayonunun Kərki kəndi) nəticəsində 461 nəfər dinc sakin didərgin salınıb, xüsusi mülkiyyətdə və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 54 ədəd əmlak üzrə 7 milyon manatdan artıq maddi ziyan vurulub.
Həmçinin, Qazax rayonunun 7 kəndinin - Bağanis-Ayrım, Aşağı Əskipara, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara işğal olunması nəticəsində 3159 nəfər dinc sakin didərgin salınıb, xüsusi və dövlət mülkiyyətində olan ümumilikdə 896 ədəd əmlak üzrə 137 milyon manatdan artıq maddi ziyan vurulub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:04 / 07.02.2025
Xankəndinin işğalı nəticəsində 636 milyon manat ziyan vurulub, 2944 nəfər isə... - FOTO
Hazırda oxunan: Xankəndinin işğalı nəticəsində 636 milyon manat ziyan vurulub, 2944 nəfər isə... - FOTO
Hazırda oxunan: Xankəndinin işğalı nəticəsində 636 milyon manat ziyan vurulub, 2944 nəfər isə... - FOTO
233773
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.