Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən 12 mindən çox hərbçinin iştirak etdiyi “Qış təlimi-2025” hərbi təlimləri başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Təlimdə əsas məqsəd soyuq qarlı havada hərbçilərin döyüş qabiliyyətinin və bacarıqlarının sınaqdan keçirilməsi və onların hazırlıq səviyyələrinin yüksəldilməsi olub. Təlimlərə qatılan dost və müttəfiq ölkələrin hərbçiləri çətin relyefə və hava şəraitinə baxmayaraq, bütün hədəfləri dəqiqliklə məhv ediblər".
Qeyd edək ki, yanvarın 20-də başlayan təlimlərdə Azərbaycan, ABŞ, Banqladeş, Bosniya və Herseqovina, Gürcüstan, İtaliya, Pakistan, Qazaxıstan, Şimali Makedoniya, Bolqarıstan, Fransa, İngiltərə, Liviya, Monqolustan, Niger, Tacikistan və İordaniyadan 199, Türkiyədən isə 12 min şəxsi heyət iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:34 / 07.02.2025
Hərbçilərimizin iştirak etdiyi “Qış təlimi-2025” BAŞA ÇATDI - VİDEO
Hazırda oxunan: Hərbçilərimizin iştirak etdiyi “Qış təlimi-2025” BAŞA ÇATDI - VİDEO
Hazırda oxunan: Hərbçilərimizin iştirak etdiyi “Qış təlimi-2025” BAŞA ÇATDI - VİDEO
233743
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.