“Ağdamlı Faiq” sosial şəbəkələrdə avtoxuliqanlığı təbliğ edir -VİDEO

“Ağdamlı Faiq” sosial şəbəkələrdə avtoxuliqanlığı təbliğ edir -VİDEO

Hazırda oxunan: “Ağdamlı Faiq” sosial şəbəkələrdə avtoxuliqanlığı təbliğ edir -VİDEO

233722
Özünü “Ağdamlı Faiq” kimi təqdim edən şəxs saxta profil vasitəsi ilə “Facebook”un canlı yayımında avtoxuliqanlıq edir.xa0xa0

Moderator.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, o, canlı yayım zamanı avtomobillərin intensiv hərəkət etdiyi yola çıxaraq təhlükəli manevrlər etməyə başlayır. Üstəlik, saatda 160 kilometrdən artıq sürətlə gedərkən, özünün də dediyi kimi “bir əlində telefon, bir əlində sükan” olur.
xa0
O, bu hərəkətləri edə-edə izləyicilərinin suallarını da cavablandırır və özünə haqq qazandırmağa çalışır.
xa0
“Ağdamlı Faiq” bu hərəkətləri mütəmadi şəkildə etdiyini deyir. Açıq şəkildə avtoxuliqanlığın təbliği ilə məşğul olan şəxsin əsas izləyiciləri isə azyaşlılar və gənclərdir. Gənclərin suallarını cavablayan Faiq öz “məharətindən” ağız dolusu danışır. Hətta bir dəfə canlı yayımda qəza etdiyini də deyir.
xa0
Qeyd edək ki, bu görüntülər Ağdamda qeydə alınıb. Ümumiyyətlə isə, son dövrlər bu cür hallara tez-tez rast gəlinir. Özlərini avtoxuliqan zənn edənlər sosial şəbəkələrdə bu hərəkətlərini izləyiciləri ilə paylaşırlar və qanunsuz hərəkətlərini təbliğ edirlər.
xa0
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu görüntülər araşdırılacaq, rayon üzrə təhlükəsizlik kameralarına baxış keçiriləcək və qanun çərçivəvində bütün tədbirlər görüləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO