Bu rayonlara qar yağır – FAKTİKİ HAVA

Bu rayonlara qar yağır – FAKTİKİ HAVA

Hazırda oxunan: Bu rayonlara qar yağır – FAKTİKİ HAVA

233706

Saat 14:00-a olan məlumata əsasən bəzi rayonlarda küləkli və yağıntılı hava şəraiti davam edir. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, şimal-qərb küləyi əsir. 

Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında arabir 28m/s, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Neftçalada 20 m/s, Altıağac, Qobustanda 18 m/s, Şirvanda 16 m/s-yə çatıb. 

Gəncə, Şəmkir, Tərtər, Lənkəran, Astarada arabir yağış, Quba, Altıağac, Şahdağ, Yardımlı, Lerikdə isə qar yağır. 
 

Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Balakən, Zaqatala, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Sabirabadda duman müşahidə olunur. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb. 


Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 7, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxta qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO