“Badımcanın tərkibində çoxlu miqdarda lif və vitamin var. Lakin hər kəsin bu tərəvəzi yeməsi tövsiyə olunmur. Çünki badımcanı həzm etmək bəzi hallarda orqanizm üçün çətin olur”.
Bizim.Media xəbər verir ki, bu sözləri diyetoloq, tibb elmləri namizədi Marqarita Koroleva “İzvestiya”ya açıqlamasında bildirib.
“Pəhrizdə badımcanın öz yeri var, lakin badımcan hər kəsə tövsiyə edilmir. Onun tərkibində lektinlər var. Əgər mədə-bağırsaq traktında iltihablı proseslər olarsa, o, iltihabı dəstəkləyə və həkimin təyin etdiyi müalicə proqramının əksinə təsir göstərə bilər”, - deyə dietoloq qeyd edib.
Korolevanın sözlərinə görə, badımcan həzm sistemi problemləri və otoimmün xəstəlikləri olan insanlar üçün fəsadlara yol aça bilər.
Bizim.Media