Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyi məlumat yayıb.
Xəbərdarlığa əsasən, fevralın 7-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi fevralın 9-u səhər saatlarına kimi davam edəcək.
Belə ki, həmin günlər ərzində küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün isə 2-3 m. sonrakı inkişafda 4.5-6.5 metrə çatacağı proqnozlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:30 / 07.02.2025
Hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Hazırda oxunan: Hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Hazırda oxunan: Hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
233658
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.