Yemək üçün 2, seriallar üçün 3 saat, iş üçün isə... - Gündəlik rejim necə olmalıdır? – SİYAHI

Yemək üçün 2, seriallar üçün 3 saat, iş üçün isə... - Gündəlik rejim necə olmalıdır? – SİYAHI

Hazırda oxunan: Yemək üçün 2, seriallar üçün 3 saat, iş üçün isə... - Gündəlik rejim necə olmalıdır? – SİYAHI

233534

ABŞ-da 2025-ci ildə bir amerikalının ideal gününün necə olması ilə bağlı sorğu keçirilib. Respondentlərdən 24 saatlarını ideal şəkildə təsvir etmələri istənilib.

Bizim.Media xəbər verir ki, sorğunu “Talker Research” tədqiqat mərkəzi paylaşıb.

İştirakçılardan 24 saatı ideal günlərini təşkil edəcək müxtəlif fəaliyyət kateqoriyalarına ayırmaları istənilib. Respondentlərin fikrincə, ideal gün səhər saat 7:00-da başlayır və axşam saat 23:00-da bitir. Onlar hesab edir ki, bu, oyanmaq və günü bitirmək üçün ideal vaxtdır.

Qeyd edək ki, sorğuda 2000 nəfər iştirak edib. Onlar orta hesabla 2024-cü ildə 12 belə ideal gün yaşadıqlarını düşünür.

Sorğuda təqdim olunan qrafikə əsasən, bir amerikalının ideal günündə işə bir dəqiqə belə vaxt ayrılmayıb:

• 6,9 saat - yuxu;

• 3,1 saat - filmlər və seriallar;

• 3 saat - ailə ilə vaxt;

• 2 saat - yemək və qəlyanaltılar;

• 1,5 saat - telefon;

• 1,4 saat - hobbi;

• 1,4 saat - dostlarla vaxt;

• 1,3 saat - musiqi;

• 1,1 saat - ev heyvanları;

• 0,8 saat - idman;

• 0,8 saat – alış-veriş;

• 0,7 saat - gündüz yuxusu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO