Maya dəyəri 4-5 manat olan ətin kiloqramı niyə 15-16 manata SATILIR?

Maya dəyəri 4-5 manat olan ətin kiloqramı niyə 15-16 manata SATILIR?

Hazırda oxunan: Maya dəyəri 4-5 manat olan ətin kiloqramı niyə 15-16 manata SATILIR?

233493

Son günlər çörəyin qiymətindəki artımdan sonra ətin qiyməti də müzakirə mövzusu olub. Əvvəllər ətin qiymətində ucuzlaşmanın olduğu deyilsə də, məlum olur ki, ətin qiymətində heç bir dəyişiklik yoxdur.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ölkədə 2023-cü ildə 152,8 min ton mal əti, 88,9 min ton isə qoyun və keçi əti istehsal olunub.

Qurumun iribuynuzlu mal-qara ətinin maya dəyəri ilə paylaşdığı sonuncu məlumatda ətin maya dəyərinin 4 manat 40 qəpik olduğu qeyd edilib. Mal ətinin topdansatış qiymətinin isə 5 manat 10 qəpik olduğu göstərilib. Ətin maya dəyərinin və topdansatış qiymətinin 4-5 manat olduğu ərəfədə ətin bir kiloqramının qiyməti 14-15 manat civarındadır. Hazırda dana əti 15 manat 50 qəpik və 16 manata satılır. Yəni mal ətinin qiymətində heç bir ucuzlaşma yoxdur.

Mövzu iləə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, ətin maya dəyəri heç də göstərildiyi kimi deyil:

“Son illər bir tərəfdən ətin maya dəyəri bahalaşıb, digər tərəfdən ət istehsalı azalıb. Hazırda mal əti 15-16 manata satılır. Örüş yerləri yoxdur, geniş örüş yerlərində heyvanların bəslənməsi ucuz başa gəlir. Ona görə də ondan alınan ətin də maya dəyəri aşağı düşür.

 

MÖVZU İLƏ BAĞLI:

Doğru bildiyimiz YANLIŞLAR: Ətdən imtina etdikdə orqanizmdə nə baş verir?



2000-ci illərdən başlayaraq ölkədə örüş yerləri daralmağa başlayıb, 2015-ci ildən sonra bu, bir qədər də kəskinləşib. Dövlət fondu torpaqlarında olan örüş sahələrində pambıq sahələri salındı və aqroparklar yaradıldı. Ondan sonra həm iribuynuzlu, həm xırdabuynuzlu heyvanlar qapalı şəraitdə bəslənməyə başladı. Bu da heyvanların həm ətinin maya dəyərini yüksəldir, həm də onların baş sayını azaldır. Çünki geniş otluq sahələrində bir nəfər min qoyun saxlayır, amma qapalı şəraitdə uzaqbaşı 200 baş qoyun saxlamaq mümkündür”.

O qeyd edib ki, iribuynuzlu heyvanların ilboyu qapalı şəraitdə saxlanması əlavə xərclər deməkdir:

Ətin qiymətinə təzyiq edən iki istiqamət var. Birincisi, maya dəyərinin bahalaşması, ikincisi isə istehsalın aşağı düşməsidir. Yəni heyvanın sayının aşağı düşməsidir. Amma ətin maya dəyərinin 4-5 manat olması inandırıcı deyil. Bu, Monqolustanda ola bilər. Monqolustanda ətin maya dəyəri 1-2 dollara başa gəlir. Çünki orada geniş otlaq sahələri var”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO