Külli miqdarda dələduzluqda ittiham olunan Orxan Babazadəyə HÖKM OXUNDU - FOTO

Külli miqdarda dələduzluqda ittiham olunan Orxan Babazadəyə HÖKM OXUNDU - FOTO

Hazırda oxunan: Külli miqdarda dələduzluqda ittiham olunan Orxan Babazadəyə HÖKM OXUNDU - FOTO

233428

Vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham olunan "İnstapower" şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.

Hökmə əsasən, Orxan Babazadə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Fariz Rzayev məhkəməyə təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
 

Qeyd edək ki, cinayət işi üzrə 53 nəfər zərərçəkmiş şəxs var və onlara dəymiş ziyan 256 min manatdan artıqdır. İttihama görə, zərərçəkmiş şəxslərin adından 4 milyon manat pul dövr edildiyi bildirilib.


Həmin vəsait Çində olan şirkətin hesabına köçürülüb və leqallaşdırılıb. Orxan Babazadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO