Kukruznik adlanan “An-2” təyyarəsi fırtınalı və qarlı hava şəraiti səbəbindən Qazaxıstanın Kostanay əyalətinin Arkalık şəhərindən 1,5 kilometr aralıda sərt eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan FHN-in mətbuat xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Qazaxıstan Aktauda AZAL təyyarəsinin qəzası ilə bağlı ilk istintaq hesabatını AÇIQLADI - FOTO
Hadisə Kostanay–Arkalık reysini həyata keçirərkən yerli hava limanı yaxınlığında baş verib. Məlumata görə, təyyarənin göyərtəsində iki pilot və iki həkim olub.
Siqnal alandan sonra Kostanay əyalətinin Fövqəladə Hallar Departamentinin yanğınsöndürənləri və xilasediciləri dərhal hadisə yerinə göndəriliblər. Ekipaj üzvlərinin hamısı tez bir zamanda aşkar edilərək, Arkalık şəhərinə çatdırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bizim.Media